Sizin reklam burada
Sizin reklam burada

Trampın yeni planı - “Münaqişəni alovlandıracaq”

Trampın yeni planı - “Münaqişəni alovlandıracaq”Demokrat Partiyasından olan senatorlar Alan Lovental və Endi Levin ABŞ Prezidenti Donald Trampın “Əsrin müqaviləsi” planına etiraz edib.

Teleqraf.com xəbər verir ki, senatorların bu barədə Trampa ünvanladığı məktuba 100-dən çox konqresmen imza atıb.

Məktubda sözügedən planın işə yaramayacağı, həm İsrail, həm də Fələstinə zərər verəcəyi və qarşıdurmanı tətikləyəcəyi bildirilib:

“Bu plana dəstək vermirik. İsrail hökuməti də bunu Qərbi Şəriyədəki bölgələri beynəlxalq hüququ pozaraq ilhaq etmək üçün yandırılmış bir “yaşıl işıq” kimi qəbul etməsin”.

Məktubda Donald Trampın bu planının münaqişəni həll etmək üçün işə yaramayacağı, ABŞ prezidentinin Fələstin-İsrail problemini həll edib-etmək istəmədiyinin də şübhəli olduğu vurğulanıb.

Tramp yanvarın 28-də Ağ Evdə görüşdüyü İsrail Baş naziri Binyamin Netanyahu ilə birlikdə “Əsrin müqaviləsi” planı açıqlamışdı. Qüdsün qeyd-şərtsiz İsrailin paytaxtı olduğunu deyən Tramp bu planın müstəqil Fələstinin qurulması üçün son şans olduğunu iddia etmişdi.

  • Sosial şəbəkədə paylaş