Sizin reklam burada
Sizin reklam burada

ABŞ-dan Çinə yardım – 100 milyon dollar ayrıldı

ABŞ-dan Çinə yardım – 100 milyon dollar ayrıldıÇinin Vuhan şəhərindən dünyaya yayılan koronavirus insanları öldürməyə davam edir.

Çin Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya görə, 2019-nCoV epidemiyası səbəbiylə 723 nəfər həyatını itirib, 34546 nəfər virusa yoluxub.

Koronavirusun yayıldığı Vuhanın karantin zonasında polis qapı-qapı gəzərək vətəndaşların qızdırmasını ölçür. Virusa yoluxduğu şübhəli bilinən insanların evlərinə işarələr qoyulub və polis bu evləri davamlı olaraq yoxlayır.

Koronavirus epidemiyası səbəbiylə Çində maskalara tələbat artıb. Xüsusi geyimlər, maskalar, əlcəklər və digər qoruyucu vasitələr tədricən azalır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, qoruyucu vasitələrin dünyada azaldığını və bunun həlli üçün çalışdığını bildirib.

Vaşinqton rəhbərliyi Çinə və virusun yayıldığı digər ölkələrə 100 milyon dollara qədər kömək etməyə hazır olduqlarını açıqlayıb. Yazılı açıqlamada ABŞ Dövlət katibi Mayk Pompeo virusla mübarizədə kömək göstərəcəklərini bildirib:

“Yardım həm çoxtərəfli qurumlar, həm də mövcud fondlar vasitəsi ilə veriləcək. Birlikdə işləməklə bu təhlükəyə qalib gələcəyik”.

  • Sosial şəbəkədə paylaş