"Doğmalarımı yoluxdurmamaq üçün Azərbaycana qayıtmıram" - Çində olan tələbə

Gündəm

259

"Doğmalarımı yoluxdurmamaq üçün Azərbaycana qayıtmıram" - Çində olan tələbəÇin Xalq Respublikasında koronavirusun yayıldığı Uhan şəhərində 7 azərbaycanlı yaşayır, onlardan 4-ü tələbədir. Hazırda Çin hökuməti tərəfindən sözügedən bölgədə karantin rejimi tətbiq olunduğundan onların ölkədən çıxışına məhdudiyyət qoyulub və yaxın zamanda təxliyyə olunması gözlənilir.

Conflict.az xəbər verir ki, sözügedən 4 tələbədən biri Çinin Hubey əyalətinin Uhan şəhərindəki universitetlərin birində magistr pilləsində Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində təhsil alan Tural (təhlükəsizlik baxımından soyadını qeyd etmək istəməyib) “Qafqazinfo”ya müraciə edib.

Onun sözlərinə görə, koronovirus barədə ilk məlumat dekabrın 30-da yayılıb. Həmin tarixdən bu barədə xəbərlər mütəmadi olaraq sosial şəbəkələrdə yayılsa da, bu, tədris prosesinə və adi həyat axarına mane olmayıb:

“24 yanvarda Çində Yeni il qeyd olunur və əhalinin böyük əksəriyyəti öz doğma evlərinə qayıdır və ailələri ilə birgə bayram edir. Buna görə də, adətən kampusda yeməkxanaların böyük hissəsi və digər satış obyektləri bağlanır. Birinci semestr rəsmi olaraq bizim universitetdə 7 yanvarda başa çatıb və həmin tarixdən tətil başlayır. Universitetdə növbəti semestrin fevral ayının ortalarında başlaması nəzərdə tutulurdu, lakin hazırkı vəziyyəti nəzərə alsaq bu vaxtın dəyişəcəyi istisna deyil. Hazırda universitet tərəfindən Çini tərk etmiş tələbələrə rəsmi xəbərdarlıq verilmədən geri qayıtmamaq tövsiyə olunur”.

Conflict.az