Ucarda yüzbaşı oyunu.

Gündəm / Bölgə

239

Ucarda yüzbaşı oyunu.91 saylı Ucar rayon seçki dairəsində seçkiyə müdaxilə hallarına başlanılıb.Rayondan verilən xəbərə görə, RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vaqif Mehdiyev yüzbaşı və minbaşı sistemi yaradıb.

İddialara görə, başçı müavini Ramil Həsən adlı deputatlığa namizədin təbliğatıyla məşğuldur. Rayonunu kəndlərini gəzən V.Mehdiyev seçiciləri R.Həsənə səs verməyə çağırmaqdadır.

Bildirilir ki, başçı müavini seçicilərin şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini götürür, R.Həsənə səs verilməyəcəyi təqdirdə hədə-qorxu gəlir. Məlumatda deyilir ki, yüzbaşılara 100, minbaşılara isə 200 manat ödənilib.

Əslində, V.Mehdiyev bir müddət əvvəl mətbuatın gündəmində olub. Onun kobud hərəkətləri rayon sakinlərində narazılıqlar yaradıb. Qəbullarda vətəndaşları çəkinmədən təhqir edir, kobud sözlər işlədir,-deyə iddialar səslənir.

Başçı müavini o dərəcədə özbaşınalıq edir ki, evində istifadə etdiyi elektrik enerjisinin pulunu vermədiyindən borcu şişib küllü miqdarda olmuşdu. Elektrik şəbəkəsinin əməkdaşları ondan pul borcunu ala bilmirdilər.

Üstəlik, Ucarın Qazyan kənd ərazisində yerləşən böyük fermasında işçilərlə əmək müqaviləsi bağlamadan onların əməyini istismar edir. Yüzlərlə hektar torpaq sahələrinin vergisini ödəmir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Conflict.az