Gündə bir siqaret "ürək xəstəliyi və insult riskini artırır"

Gündəm / Səhiyyə

118

Gündə bir siqaret "ürək xəstəliyi və insult riskini artırır"Siqarət çəkənlər ürək xəstəliyi və ya insult riskini əhəmiyyətli dərəcədə azaltmaq üçün çəkdikləri siqaretlərin miqdarını azaltmaq əvəzinə siqarətdən tamamilə imtina etməlidirlər, Britaniya Tibbi Jurnalının (British Medical Journal) araşdırması göstərir.

Araşdırmanı aparan təhqiqatçılar deyirlər ki, gündə bir dənə siqaret çəkənlərdə siqarət çəkməyənlərlə müqayisədə ürək xəstəliyi riski 50 faiz, insult riski isə 30 faiz daha yüksəkdir.

Bir ekspert deyir ki, çəkdiyi siqaretlərin miqdarını azaltmağa nail olanların siqareti tamamilə tərgitmə ehtimalı daha böyükdür.

Conflict.az