Sizin reklam burada
Sizin reklam burada

İran təyyarənin qara qutusunu Ukraynaya göndərir

İran təyyarənin qara qutusunu Ukraynaya göndərirİran raketlə vurduğu Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsinin qara qutusunu Ukraynaya göndərəcək.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən Boinq-737 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub.

İran tərəfi Ukraynaya məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş