Polislə nümayişçilər arasında toqquşma baş verdi - Tehranda

Gündəm / Dünya

174

Polislə nümayişçilər arasında toqquşma baş verdi - Tehranda
Tehran küçələrində polislə hökumət əleyhinə etiraz aksiyasının iştirakçıları arasında toqquşmalar baş verib.

Sosial şəbəkələrdən və xəbər portallarından aldığımız məlumata görə, toqquşmalarda 5-7 nəfər yaralanıb.

Nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə olunub.

“İslam inqilabı keşikçiləri korpusu (Sepah) cinayətlər törədir, prezident isə onları dəstəkləyir”, - aksiya iştirakçıları belə bəyanatlar səsləndiriblər.

Ötən gecə 700-1000 tələbə Ukrayna təyyarəsinin qəzasında ölənlərin xatirəsinə etiraz aksiyası keçirib. Daha sonra aksiya hökumət əleyhinə mitinqə çevrilib.

Conflict.az