Şimşək dünyanın ən hündür binasını vurdu

Gündəm / Hadisə

287

Şimşək dünyanın ən hündür binasını vurdu
Birləşmiş Ərəb Əmirliklərində ildırımlı leysan zamanı şimşək dünyanın ən hündür binasını – “Burj Khalifa”nı vurub.

Hadisəni əks etdirən şəkli özünün “Instagram” səhifəsində Dubay şahzadəsi, şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum yerləşdirib.

Təbiətin bu parlaq hadisəsini Dubayın sakinləri və çoxsaylı qonaqları da müşahidə ediblər.

“Burj Khalifa” – hazırda dünyanın ən hündür binası sayılır. 162 mərtəbədən ibarət olan binanın hündürlüyü 828 metrdir.

Conflict.az