Alimpaşanın oğlunun şikəst etdiyi şəmkirli: “Dərmanımı belə almadılar” – Video-şikayət

Gündəm / Cəmiyyət / Video

490

Alimpaşanın oğlunun şikəst etdiyi şəmkirli: “Dərmanımı belə almadılar” – Video-şikayətİş yerlərində təhlükəsizliyin təminatı bütün şirkətlərin bir nömrəli vəzifəsidir. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində bu qaydaları pozanlar barədə ciddi cəzalar nəzərdə tutulsa da, nə yazıq ki, qanunlara əməl edən şirkətləri barmaqla saymaq olar. Əksər iş adamları ağır istismara məruz qoyduqları işçilərin həyatını belə düşünmək istəmirlər. Bəzən cüzi məsrəflə başa gələn iş təhlükəsizliyinə çəkilən xərclərə qənaət edilməsi çox sayda vətəndaşlarımızın sağlamlığını itirməsilə nəticələnir. Ən pisi isə odur ki, həmin qəzazadələrin sonrakı taleyi məsuliyyətsiz sahibkarları qətiyyən düşündürmür, məzlum insanlarımız Allahın ümidinə buraxılırlar.

Şəmkir rayonunun Əliyaqublu kənd sakini Qurbanov Şahmar Eldəniz oğlunun başına gələnlər isə heyrətamizliyi ilə hətta quldarlıq dövrünün ən əzazil quldarlarını belə təəccübləndirərdi.

Şikayətçinin Ovqat.com-a bildirdiyinə görə, 2017-ci il aprel ayında Şəmkir rayonunun icra başçısının oğlu Adil Məmmədovun “Az Farel” MMC balıqyetişdirmə müəssisəsində işə düzəlib. Hardasa bir il müqaviləsiz çalışdırılan Şahmar Qurbanov 2018-cu ildə iş müqaviləsi bağlayaraq, rəsmi işçiyə çevrilib. İşə baytar həkim kimi götürülən Şahmar müəssisədə fəhlə əvəzinə də çalışdırılıb. Əks halda işdən qovulacağı ilə təhdid olunub. Şəmkirdə iş tapmağın çətinliyini nəzərə alan gənc bu tələblə razılaşmaq məcburiyyətində qalıb. Üzərindən bir neçə ay keçəndən sonra məhz qanunsuz çalışdırıldığı sahədə çağ əlini dəzgaha qapdıran baytar həkim ömürlük şikəst qalıb.

Alimpaşanın oğlunun şikəst etdiyi şəmkirli: “Dərmanımı belə almadılar” – Video-şikayət
Şahmar Qurbanov bu bədbəxt hadisəni xatırlayır. “Noyabrın 19-da qanunsuz olaraq çalışdırıldığım sahədə əlimi itirdim. Təcili Gəncədəki 3 nömrəli xəstəxanaya aparıldım və əlim ambulitasiya olundu. Üstündən 2 gün keçəndən sonra Şəmkir icra başçısının nümayəndələri Şahmarın valideynlərimlə görüşdü və polisə şikayət etməyəcəyimiz müqabilində bizə bəzi təkliflər verildi”. Təkliflər belə imiş: Şahmarın itirdiyi əlinin yerinə protez qoyulacaq, ev və işə təmin olunacaq. Şikayətçinin dediyinə görə, Alimpaşanın adamları polisə, prokurora, məhkəməyə verəcəyi rüşvəti ailəyə təklif edib: “Dedilər ki, heç bir yerə şikayət etmə. Mən ora-bura verəcəyim pulu elə sizə verim. Niyə mən gedim, polisə, prokurorluğa əlavə xərc çəkim?”

Şikayətçinin əli sağaldıqdan sonra Alimpaşa nəinki onun əlinin protezləşdirilməsinə kömək etməyib, hətta yaranın sağalması üçün həkimin yazdığı dərmanları belə almayıb. Təbii ki, dərmana pul əsirgəyən icra başçısının vəd verdiyi evə, torpaq sahəsinə bel bağlamaq sadəlövhlük olardı. Dəfələrlə Alipaşanın oğlunun qəbuluna düşə bilən Şahmara sonunda deyiblər ki, hara istəsən, şikayət edə bilərsən: “Biz müraciət edəcəyin hər yerə tapşıracağıq ki, sənin şikayətinə baxmasınlar”.

Susmağının müqabilində Şahmara ayda 200 manatlıq təqaüd düzəltdirməyə söz verən Alimpaşanın çetəsi bu vədini də yerinə yetirməyib. Bundan sonra şikayətçinin Şəmkirdən Bakıya döymədiyi qapı qalmayıb. Hər yerdə isə onu get-gələ sala-sala Alimpaşanın xətrinə dəymək istəməyiblər.

Gəlin, ən yaxşısı Şahmar Qurbanovun başına gələnləri onun öz dilindən eşidək: