Eldar Mahmudov adamını deputat edir? - İDDİA

Gündəm

168

Eldar Mahmudov adamını deputat edir? - İDDİAƏsmər Əliyevaya mandat yarışına girir...
46 saylı Şirvan şəhər seçki dairəsindən 4 saylı qeydiyyat vəsiqəsi almış daha bir sürpriz namizəd var. O, Bakı Dövlət Universitetinin Mülki proses və kommersya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyeva Əlimusa qızıdır.

Eldar Mahmudov adamını deputat edir? - İDDİA

Əsmər Əliyeva
Milli Təhlükəsizlik Nazirliyin Kadrlar Baş İdarəsinin keçmiş rəisi, general-mayor Əlimusa Əliyevi xatırlayırsınızmı? Eldar Mahmudovun kadrlarını MTN-ə yığan general.
Mədət Quliyev DTX-ya təyin olunanda Əlimusa Əliyev təhlükəsizlik orqanlarından qovulmuşdu.

MTN-çi general orda işlədiyi dövrdə xeyli sərvət sahibi olub, onun bir neçə rayonda istirahət məkanlarının sahibi olduğu təkzibedilməz faktlarla sübut edilib. O cümlədən Qaxın İlisu kəndindəki BERGS HOTEL AND RESTAURANT istirahət mərkəzinin də ona aid olduğu heç kimə sirr deyil.
/timetv.live/
(Mənbə: Cavanşir Həsənli/facebook).
Conflict.az olaraq timetv.live saytının qaldırdığı iddia ilə bağlı qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!