Türkiyə ilk üçlükdə

Gündəm / Dünya

70

 Türkiyə ilk üçlükdəABŞ-dan kənarda yaşayanların 64%-i Donald Trampa etibar etmir.

Bu nəticə “Pew” araşdırmalar mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, Trampa etibar etməyənlərin sırasında ilk yeri meksikalılar tutub. Onlar sorğu iştirakçılarının 89%-ni təşkil edib.

İlk beşliyə Meksika ilə bərabər Almaniya, Türkiyə, İsveç və Fransa da daxil olub. Belə ki, Almaniyada Trampa güvənməyənlər 85%, Türkiyədə isə 84% təşkil edib.

Trampa dünyada etibar sayı 29% olub. Bu göstərici 2017-ci ildə keçirilən sorğudan 7% çoxdur.

Trampa ən çox güvənənlərin sağçı və mühafizəkarların hakimiyyətdə olduğu ölkələrdə yaşadığı bildirilib. Belə ki, Trampın ən çox Filippin və İsraildə sevildiyi qeyd edilib.