Pentaqon rəhbəri: İraqdan çıxmırıq

Gündəm / Dünya

117

Pentaqon rəhbəri: İraqdan çıxmırıq“ABŞ ordusunun İraqdan çəkiləcəyi barədə yayılan xəbərlər əsassızdır”.

Publika.az xəbər verir ki, ABŞ-ın Müdafiə naziri Mark Esper belə açıqlama verib. O bildirib ki, Vaşinqtonun İraqdan çəkilmək barədə planı yoxdur.

Qeyd edək ki, Bağdadda iranlı generalın öldürülməsindən sonra İraq parlamenti xarici qüvvələrin ölkədən çıxarılmasına qərar verib. Bir neçə saat əvvəl isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdan çıxmağa razılıq verdiyi barədə xəbərlər yayılıb. AP agentliyi koalisiya qüvvələri tərəfindən İraq hökumətinə göndərildiyi iddia edilən razılıq məktubunun fotosunu yaymışdı