Trampdan İraqa hədə

Gündəm / Dünya

69

Trampdan İraqa hədəABŞ Prezidenti Donald Tramp İraqı düşmənçilik edəcəyi təqdirdə sanksiyalara məruz qoymaqla hədələyib.

O bu barədə İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən danışıb.

O, həmçinin bildirib ki, Bağdad Vaşinqtona ödəniş etməyincə ABŞ qoşunları İraqdan çıxmayacaq:

"Bizim orada çox bahalı aviabazamız var. Onun tikintisi milyardlarla dollara başa gəlib. Onlar bunun üçün bizə ödəniş etməyincə, heç yana getməyəcəyik".