Şimali Makedoniyanın Baş naziri istefa verdi

Gündəm / Dünya

83

Şimali Makedoniyanın Baş naziri istefa verdiŞimali Makedoniyanın Baş naziri Zoran Zaev istefa verib.

Anadolu agentliyi xəbər verir ki, hökumət başçısı aprelin 12-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı qanuna uyğun olaraq vəzifəsindən gedib.

Onun istefası parlamentdə təsdiq olunaraq, sənəd dövlət başçısına göndərilib. Müvəqqəti hökumət qurmaq səlahiyyəti Daxili İşlər naziri Oliver Spasovskiyə həvalə edilib.