Leysan yağışlar və torpaq sürüşməsi CAN ALDI: 53 nəfər öldü, minlərlə insan...

Gündəm

76

Leysan yağışlar və torpaq sürüşməsi CAN ALDI: 53 nəfər öldü, minlərlə insan...İndoneziyada leysan yağışların yol açdığı sel və torpaq sürüşmələrindən zərər çəkənlərin sayı açıqlanıb.

Anadolu Agentliyi xəbər verir ki, təbii fəlakət nəticəsində 53 nəfər ölüb.

31 dekabrdan bəri yağan yağışlardan sonra 1 nəfər itkin düşüb. 173 min insan müvəqqəti sığınacaqlara yerləşdirilib.

Aidiyyəti qurumlar axtarış-xilasetmə, həmçinin, zərərçəkmiş bölgələrin təmizlənməsi və bərpası üçün hərəkətə keçib.

Meteorologiya, İqlim və Geofizika Qurumu leysan yağışların 10 yanvar tarixinə qədər davam edəcəyini bildirir.