Ərdoğanın Liviya planında nələr var? – Sensasion sənəd

Gündəm

87

Ərdoğanın Liviya planında nələr var? – Sensasion sənədTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Liviya sənədi bu gün parlamentin növbədənkənar iclasında müzakirə olunacaq.

Qanun layihəsi Liviyaya göndəriləcək hərbi qüvvənin sayını, tarixi və prosesin müddətini müəyyən etmək səlahiyyətinin prezidentə verilməsini ehtiva edir.

Sənəddə Türkiyə hökumətinin BMT tərəfindən tanınan Liviya Sülh Hökumətinin (UMH) legitimliyini tanıdığı, general Xəlifə Haftara bağlı Milli Ordunun legitim sayılmadığı, həmin qüvvələrin Türkiyə də daxil olmaqla bölgənin digər dövlətlərini təhdid etdiyi bildirilib.

Liviya hökumətinin tərəflər arasında imzalanmış saziş çərçivəsində Türkiyədən hərbi yardımın istədiyi qeyd edilən qanun layihəsində bu ölkəyə hərbi qüvvə göndərmək, tarix və prosesin müddətini məyyən etmək müddətinin Türkiyə prezidentinə verildiyi vurğulanıb.