Bahar Muradova komitə sədri gətirlir - İDDİA

Gündəm

110

  Bahar Muradova komitə sədri gətirlir - İDDİAMəlum olduğu kimi, YAP fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərarını və namizədlərinin siyahısını açıqlayıb. Həmin siyahıda bir çox dəyişiklik olsa da, gözləntilər özünü doğruldub. Belə ki, əvvəlki deputatların bir qismi yenə də siyahıda yer almayıb.

Qeyd edək ki, yeni siyahıda adı olmayan keçmiş deputatlar da var. Onlardan biri də parlamentin vitse-spikeri olan Bahar Muradovadır. JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, Bahar Muradovanın namizədlər siyahısına düşməməsinin səbəbi artıq bəllidir. Məlumatlara görə, Muradova deputat mandatı və vitse-spiker postunu itirmək müqabilində, yeni vəzifə alacaq. Belə ki, onun yaxın günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri postuna gətiriləcəyi gözlənilir.