Saleh Səmədov: "Mənim üçün bayram ehtiyacı olanı sevindirməkdir"

Gündəm / Cəmiyyət

909

Saleh Səmədov: "Mənim üçün bayram ehtiyacı olanı sevindirməkdir"
Azərbaycan Metrologiya İnstitunun direktoru Saleh Səmədovun adı cəmiyyətə xeyriyyəçiliyi, səmimiliyi ilə tanışdır. "Xeyriyyəçilik mənim həyat kredomdur. Mən yalnız vasitəçiyəm. Hər şeyin sahibi isə Allahdır." - fikri bu böyük insana məxsusdur. S.Səmədov bütün fəaliyyəti dönəmində dövlətə sədaqət, millətə xidmət prinsipini əsas tutub. Bu iki amili öz əməlində birləşdirən Azərbaycan Metrologiya İnstitunun direktoru Saleh Səmədov yeni təqvim ili və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində aztəminatlı ailələrə bayram sovqatı göndərib. "Mən yalnız ehtiyacı olana kömək edəndən sonra mənəvi rahatlıq tapıram. Və məhz yardımlar ünvanlarına çatandan sonra özüm bayramla bağlı düşünürəm. Əslində mənim üçün bayram ehtiyacı olanı sevindirməkdir" - deyən S.Səmədov əlavə olaraq Conflict.az-ın əməkdaşına onu da bildirdi ki, xeyirxahlıq üçün bir o qədər də geniş imkana sahib olmaq lazım deyil, sadəcə geniş ürəyinin olması yetərlidir.
Göründüyü kimi tarix hər zaman olduğu kimi yenə də təkrar olur. Biz millət olaraq bu məsələdə digər xalqlardan kəskin şəkildə fərqlənirik. Yardımlaşmaq toplum olaraq ruhumuza hopub. Əgər əsrin əvvəllərində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev millətə xidməti ehtiyacı olana yardımda görürdüsə, XXI əsrin əvvəlində bu missiyanı Saleh Səmədov kimi şəxsiyyətlər şərəflə davam etdirir. Əslində məhz tarixi yazanlar da bu cür insanlardır. Tarix yazmaqla tarixləşənlər.
Saleh Səmədov: "Mənim üçün bayram ehtiyacı olanı sevindirməkdir"
Conflict.az