Sizin reklam burada
Sizin reklam burada

İCRA BAŞÇISININ OĞLUNUN RUSİYADAKI ŞİRƏ BİZNESİ ÇÖKÜB - Sənədlər yayıldı

İCRA BAŞÇISININ OĞLUNUN RUSİYADAKI ŞİRƏ BİZNESİ ÇÖKÜB - Sənədlər yayıldıLənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun vaxtilə polis orqanlarında işləmiş oğlu Vüsal Qaraşov ötən bir neçə il ərzində Rusiyada bizneslə məşğul olub.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli feysbuk-dakı səhifəsində yazı paylaşıb.



O bildirib ki, icra başçısının oğlu 2017-ci ilin aprelin 20-də Rusiyanın Vladimirsk vilayəti, Suduqosk rayonu, Muromtcevo qəsəbəsində meyvə və tərəvəz şirələri istehsalı ilə məşğul olan "AZ İNVEST QRUP" MMC-ni (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "АЗ ИНВЕСТ ГРУП") qeydiyyatdan keçirib:



"Şirkət 10 min rubl nizamnamə kapitalı ilə vilayətin 1 nömrəli vergi idarəsində 1173328006070 saylı lisenziya alıb, qəsəbənin Pervomaysk küçəsi 70 ünvanındakı binanın 2-ci mərtəbəsində fəaliyyət göstərib. Şirkəti Bursikova Yekaterina Vasilevna adlı şəxs idarə edib.

2019-cu ilin yanvarında Vüsal Qaraşov şirkətin ləğv olunması üçün yerli vergi orqanlarına müraciət edib. Şirkət hazırda ləğvolunma prosesindədir".

Xatırladaq ki, Vüsal Qaraşov DİN sistemində işləyib. O Bakıda müxtəlif polis bölmələrinin rəisi vəzifələrində çalışıb.

  • Sosial şəbəkədə paylaş