İcra başçısı "çətir tutan" gəzdirir? - FOTO

Gündəm

189

İcra başçısı "çətir tutan" gəzdirir? - FOTOAzərbaycanda daha bir icra başçısı özünə "çətir tutan" işçi götürüb.

Unikal.org-un xəbərinə görə, Suraxanı rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov sakinlə görüşə gedib. Belə ki, Əziz Əzizov şəhid baralyefinin önündə dayanarkən icra hakimiyətinin işçisi onun başının üzərində çətir tutub.

Fotoda göründüyü kimi, hava yağmursuz olub.

Sözügedən görüntü sosial şəbəkələrdə ciddi narazılığa və müzakirələrə səbəb olub.

Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) icra başçısı Əziz Əzizovun sosial şəbəkədə müzakirələrə səbəb olan fotosuna münasibət bildirib.



İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov Pravda.az-a açıqlamasında deyib ki, bu məsələni qabartmaq düzgün deyil.

B.Barxudarov qeyd edib ki, yağış yağanda, hər kəs çətirdən istifadə edir: "Orada olan şəxslərdən biri çətiri özü üçün tutub, fotodan elə görünür ki, çətiri Əziz müəllimin üçün tutub. Müəllim ona deməlidir ki, çətiri tutma? Buna görə hay-küy yaratmaq nəyə lazımdır ki? Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra mühüm işlər görüb, yollar, su-kanalizasiya xəttləri çəkilib. İcra başçısı insanların problemləri ilə maraqlanır, şəhid ailələrini ziyarət edir. Jurnalistlər görülən işləri qiymətləndirməlidirlər. Belə olanda yazılan yazı da oxunacaq. Biz həmişə jurnalistlərə hörmətlə yanaşmışıq”.