Azərbaycanda "İvanovka malları" fırıldağı... - Arxasında kimlər dayanır?

Gündəm

128

  Azərbaycanda "İvanovka malları" fırıldağı... - Arxasında kimlər dayanır?Bakıdakı 20-dək iri ərzaq mağazasında “İvanovka məhsulları” adı altında "şıdırığı" satış həyata keçirilir. Amma o məhsulların haradan gətirldiyi, kimdən alındığı isə məlum deyil.

Belə ki, “İvanovka malları” kimi təqdim edilən yağ, pendir, xama, qaymaq, süd, qatıq və s. ağartı məhsullarına alıcıların müsbət yanaşdığı heç kimə sirr deyil.

Böyük əksəriyyət bu qidaların İsmayıllı rayonunun malakanlar yaşayan məşhur İvanovka kəndindən gətirildiyini düşünərək, onları keyfiyyətli və qatqısız ağartı məhsulları kimi almağa tərəddüd etmir.

Əslində, heç xəbərimiz də yoxdur ki, “İvanovka” brendi altında süfrələrimizi bəzəyən bu məhsullar saxtadır.

Məsələyə aydınlıq gətirmək üçün İsmayıllıda yerləşən “İvanovka” məhsullarının satış təmsilçisi Vaqif İsmayılovla əlaqə saxladıq.

Vaqif İsmayılov Cebhe.info-ya açıqlamasında həmin saxta məhsullar “İvanovka” adı altında onlara aidiyyəti olmayan şəxslər tərəfindən marketlərə paylanıldığını deyib:

““İvanovka” brendi altında satılan bu saxta məhsullar barədə dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məktublar yazmışıq. Hətta bu haqda məhkəməyə də şikayət etdik. Amma buna baxan olmadı. Sonda bu məsələdə kömək üçün “Azad İstehlakçılar” İctimai Birliyinə də müraciət etmişik. Onlar da bu məsələni gündəmə gətirsə də, həll olunmayıb”.

V. İsmayılovla qeyd edib ki, Bakıda Binəqədi qəsəbəsi, Ziya Bünyadov küçəsində “İvanovka” adı altında məhsullar istehsal edən “Uzun Ömür İvanovka” və “Qafqaz İvanovka” MMC İsmayıllıdakı əsl “İvanovka” ilə heç bir əlaqəsi yoxdur.