BNA sürücülərə necə tələ qurur? - ARAŞDIRMA

Gündəm

105

  BNA sürücülərə necə tələ qurur? - ARAŞDIRMAJurnalist Məhəmmədəli Qəribli Bakı Nəqliyyat Agentliyinin (BNA) növbəti tələsini ifşa edib. O, öz “Feysbuk” hesabında metronun “Elmlər Akademiyası” stansiyası ətrafında rastlaşdığı hadisə ilə bağlı məsləni ictimailəşdirib. Həmin statusu olduğu kimi təqdim edirik:

“BNA doğrudan da DYP-nin ölənlərinə rəhmət oxutdurur. Dünən işdən sonra uşağa kitab almaq üçün, maşını ədəb-ərkanla metronun “Elmlər Akademiyası”nın yanında, hər zaman “parkovka” kimi fəaliyyət göstərən, xüsusi geyimli “parkovşiklərin” olduğu yerdə saxladım. Girib mağazadan kitab alıb çıxdım. Üstümdə pul az olduğu üçün, uşağa lazım olan bütün kitabları ala bilmədim.

Bu səbəbdən də, mağazanı tez terk etdim. Səhər BNA adından mənə 20 manat cərimə gəldi. Hörmətli Mais müəllimlə (qurumun MX rəhbəri-red) dəqiqləşdirdim. Deyir, orda gecə-gündüz kamera işləyir və bütün maşınları çəkir. Sual olunur: bəs onda niyə qadağanedici işarə yoxdur? Mais müəllim deyir var, və nişanda göstərilir ki, 150 metr məsafədə maşın saxlamaq qadağandır.

Belədirsə, onda həmin işarə bir neçə yerdə vurulmalıdır ki, hamı görə bilsin. Yoxsa, bir yerdə belə işarənin vurulması, uzun məsafədə maarifləndirmə rolunu oynaya bilməz. Bu daha çox BNA-nın qurduğu tələyə oxşayır. Hələ orda qadağanedici işarənin olub-olmadığını dəqiqi bilmirəm. Bu gün araşdıracam.  BNA sürücülərə necə tələ qurur? - ARAŞDIRMAalmır? Belə üsullarla “büdcəyə çox pul topladıq” devizini əldə rəhbər tutub, vətəndaşları incitmək olmaz. Orda icazəli dayanacaq ab-havası yaradılması heç kim avtomobil saxlamaz. Vallah, mənim həmin gün cibimdə 20 manatım artıq pulum olsaydı elə uşağa lazım olan bütün kitabları alardım. Şikayət etmək, haqqını tələb etmək isə enerji, zaman və əsəb tələb edir. Nə edək, bizim də həyatımız belə gətirib”.

Redaksiyadan: Çəkilmiş fotodan da görünür ki, mənzərə qanuni dayanacağa bənzəyir. Avtomobillər sıra ilə və çox səliqəli saxlanılıblar. Qadağanedici işarə isə 150 metr kənara vurulub. Burda BNA-nın məsuliyyəti açıq-aydın görünür.

BNA-nın da mövqeyini dinləməyə hazırıq.(Azinforum.az)