Sizin reklam burada
Sizin reklam burada

Parlament buraxıldı, hansı deputatların “kitabı bağlandı” – Adlar

Parlament buraxıldı, hansı deputatların “kitabı bağlandı” – AdlarMilli Məclis rəsmən buraxıldı. İndi gözlər prezidentdədir və növbədənkənar parlament seçkilərinin təyin olunacağı tarix elan olunmalıdır.

Hazırkı MM-in tərkibinin ölkədəki islahatların kursuna uyğun olmadığı rəsmi şəkildə təsdiqləndi. Belə olmasaydı, dünyanın hansı ölkəsində iqtidar partiyası parlamentin buraxılmasını istəyərdi?!

Reportyor.info-nun xəbərinə görə, artıq hakim partiya daxilində yeni namizədlərin siyahısı hazırlanır. Bu informasiyalar hazırkı deputatların azı 50 faizinin “kürkünə birə salıb”.

Masallıdan olan biznesmen deputat uzun müddətdir ki, tamamilə hücrəsinə çəkilib. Bir ara maliyyəsi hesabına özünü bəzi KİV-lərdə reklam edən, seçicilərlə formal görüşlərini piarını aparan, şəkillərini saytlarda yaydıran N.Əliyevin də Milli Məclis “kitabı bağlanıb”.

Xeyli vaxtdır ki, gözə dəyməyən deputatın həm səhhəti fəaliyyətinə imkan vermir, həm də adının bir çox qaranlıq işlərdə çəkilməsi mandat müqəddəratını həll edib. Hətta parlament iclaslarına çox vaxt gəlmirdi.

O, bu günə kimi faktların üzərindən sükutla keçərək özünü bilməməzliyə vururdu. Söhbət hərbi xidmətdə olmaması, diplomunun saxta olması, rayonun icra başçısı Rafil Hüseynovla və həmkarı Elmira Axundova ilə əlaqələrinin yaxşı olmaması, “Ştutqart” mağazalar şəbəkəsi və digər biznesi haqda yazılanlardan gedir.

Xəbərlərə görə, bu N.Əliyevin sonuncu parlament çağırışıdır.“Ştutqart”dan başqa deputat İran məhsullarının Azərbaycanda satışını da həyata keçirir.

Bu biznesə Nəriman Əliyevin qardaşı Azad Əliyev nəzarət edir. Nəriman Əliyevi daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar.

Masallı rayonunda “Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olan Nəriman Əliyevin deputatlığa açılan yolu da biznesdən və MTN-dən keçib. Bu haqda KİV yazıb. Beləliklə, növbəti “qələmi qırılmış” deputat N.Əliyev olduğu iddia edilir.

Reportyor.info-nun xəbərinə görə, üçüncü belə aqibəti gözlənilən deputat İmamverdi İsmayılovdur. Zəngilan seçiciləri üçün bəlkə də müjdə olacaq bu xəbərdə deyilir ki, İ.İsmayılova özünə əziyyət verib namizədliyini irəli sürməməyi məsləhət görülüb.

Onsuz da mandat sahibi ola bilməyəcək və siyasi rəhbərlik parlamentdə gənc, xarici təhsilli, müasir texnologiyalara bələd, beynəlxalq siyasəti bilən, ölkəni və dövləti milli maraqlarla bağlı müdafiə edən, aktiv deputat görmək istəyir.

İ.İsmayılov isə deputat olduğu müddətdə “ağzına su alıb oturub” və bizneslə məşğul olub.İ.İsmayılovun adı daha çox deputat fəaliyyətilə deyil, qalmaqallarla gündəmdə olub.

Onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir.

Mediada yazılanlara inansaq, deputat bununla kifayətlənməyib, ölkənin müxtəlif bölgələrində özünə iş qurub. Belə ki, onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan məlumatlar sırasındadır.

İ.İsmayılovla bağlı söylənənlərdən biri də onun ailəsinə məxsus xüsusi avtomobil seriyasının olmasıdır. Məlumata görə. 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsusdur. Beləcə, daha bir biznesmen deputatla parlamentin yolları kəsişməyəcək…
Qarşı tərəfin fikirlərini dinlməyə hazırıq!

  • Sosial şəbəkədə paylaş