Müsəlmanlar bütün qışı küçədə namaz qılacaqlar

Gündəm / Dünya

73

Müsəlmanlar  bütün qışı küçədə namaz qılacaqlar
Yekaterinburqdakı “Nur-Usman” məscidi söküldükdən sonra müsəlmanlara namaz üçün alternativ bir yer verilmədiyindən onlar şaxtalı qış havasında bayırda namaz qılmağa məcbur olur.

Rusdilli İslam saytlarının xəbərində belə deyilir.

"Mərkəzdəki ən yaxın ibadətgah Repindəki “Əbu Hənifə” məscididir. Məscidin tutumu təxminən 800 nəfərdir. Ancaq oraya bəzən 2 min nəfər gəlir. “Nur-Usman” məscidi söküldükdən sonra daha çox axın başlayıb. Küçədə isə bəzi möminlərə hətta xalça da çatmır, məcbur olub gödəkçələrini ayaqları altına atıb namaz qılırlar”- deyə sökülmüş məscidin ziyarətçilərindən biri təəssüflə bildirib.
Məscid üçün ayrılmış yeni yerdə hələ tikinti başlamadığından belə görünür ki, Rusiyanın bu şəhərində müsəlmanlar bütün qışı soyuqda ibadət edəcəklər...

Conflict.az