“Müxalifət parlament seçkilərində uğur qazana bilər...”

Gündəm / Siyasət

82

“Müxalifət parlament seçkilərində uğur qazana bilər...”
Sərdar Cəlaloğlu: “Cəmiyyətdəki qüvvələr balansının parlamentdə yaradılmasına nail olmaq mümkündür”

Məlum olduğu kimi, parlamentin buraxılması yönündə atılan addımlar növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edir. Bəs müxalifət bu seçkilərdə uğur qazanacağına inanırmı?

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu, seçkilərin ədalətli keçiriləcəyi təqdirdə müxalifətin uğur əldə edəcəyinə inandığını bildirib:

“Əgər seçkilər demokratik və ədalətli keçirilərsə, o zaman müxalifətin çox böyük nailiyyət əldə edəcəyi təkzibedilməz olacaq. Yox əgər seçkilər ədalətli keçirilməzsə, o zaman hər hansı nailiyyətdən söhbət gedə bilməz.

Demokratiyanın yeganə prinsipi yalnız səsvermə deyil. Digər prinsipi razılaşdırma prinsipidir. Bu prinsipi tətbiq etməklə də, cəmiyyətdəki müəyyən qüvvələr balansının parlamentdə yaradılmasına nail olmaq olar. Lakin hər şey iqtidardakı insanların niyyət və məqsədlərindən asıldır. Əgər cəmiyyətdə doğrudan da demokratik açılım etmək, bu günə qədərki siyasətdən fərqli siyasət həyata keçirmək istəyirlərsə, konsensus prinsipi əssına müəyyən dəyişiklik edəcəklər”.

Conflict.az