Daha bir ölkə nüvə silahı əldə edib

Gündəm / Dünya

72

Daha bir ölkə nüvə silahı əldə edib
Yaponiya nüvə silahı əldə edib.

Bu barədə Çinin nüfuzlu “Sohu” internet portalı yazıb.

Məlumata görə, Yaponiya nüvə eletktrik stansiyalarının inkişaf etdirilməsi adı ilə çoxlu miqdarda nüvə yanacağı əldə edib. Bunun sayəsində rəsmi Tokio asanlıqla 6 min nüvə başlığı yarada bilər.

Çin mətbuatı Yaponiyanın nümunə üçün bir neçə nüvə başlığı yaratdığını və bunu dünyadan gizli saxladığını vurğulayıb.

Hesab olunur ki, Yaponiyanın nüvə silahı əldə etməsi qonşuluğunda yerləşən Şimali Koreyanın analoji silaha yiyələnməsi və bundan özünü qorumaq üçün atdığını düşünür.

Xatırladaq ki, İkinci Dünya Müharibəsinin nəticələrinə əsasən, Yaponiya nüvə silahı yaratmaqdan imtina edib.

Conflict.az