Sizin reklam burada
Sizin reklam burada

İrana yaxınlaşdı: ordu HƏRƏKƏTƏ KEÇDİ

 İrana yaxınlaşdı: ordu HƏRƏKƏTƏ KEÇDİİran ordusu Bəsrə körfəzi və Hörmüz Boğazının hava məkanında “Mühafizə Səması Müdafiəçiləri 98” adlı hərbi təlimlər təşkil edib.

Təlimlərdə yerli istehsal olan Pilotsuz Uçuş Aparatları, hava hücumundan müdafiə sistemləri və müxtəlif tipdə raketlər sınaqdan keçiriləcək.

416 min km sahəni əhatə edəcək təlimlərdə ordu ölkənin hava məkanını ehtimal edilən düşmən təhdidlərinə qarşı qoruma istiqamətindəki potensialını sərgiləyəcək.

İran Hərbi Hava Müdafiəsi Qüvvələrinin komandanı Əli Rza Sabahifərd təlimlərdə ən çətin və real müharibə şərtlərinin tətbiq ediləcəyini bildirib.

Təlimlərin Tehran-Vaşinqton arasındakı gərginliyin davam etdiyi və ABŞ-ın 6 aydan sonra Bəsrə körfəzində “USS Abraham Lincoln” təyyarə gəmisini göndərdiyi dövrdə keçirilməsi diqqət çəkir.

Xatırladaq ki, İran iyun ayında Hörmüz Boğazı üzərində hava məkanını pozma iddiası ilə ABŞ-a aid “RQ-4 Global Hawk” tipli Pilotsuz Uçuş Aparatını məhv etmişdi.

  • Sosial şəbəkədə paylaş