Belarus rus bazasından imtina etdi

Gündəm / Dünya

55

Belarus rus bazasından imtina etdiBelarus ərazisində Rusiya bazası yerləşdirmək yerinə, Su-30 SM qırıcıları almaq qərarı qəbul edib.

Bunu Belarus Təhlükəsizlik Şurasının rəhbəri Stanislav Zas deyib.

“Rusiya ərazimizdə öz hərbi hava bazasını yerləşdirməyi təklif etmişdi. Belarus ərazisində Rusiya hərbi bazasının yerləşməsi bizim döyüş aviasiyamızın inkişafı problemini həll etməyəcəkdi. Buna görə də öz imkanlarımıza güvənməli olduq”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Rusiyadan alınan SU-30 SM qırıcılarının ikisi Belarusun Baranoviç aerodromuna enib. Belarus Müdafiə naziri Andrey Ravkov növbəti həftələrdə daha bir neçə qırıcının gətiriləcəyini bildirib.