Sizin reklam burada
Sizin reklam burada

SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır

SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
Conflict.az-a müraciət edən Şamaxı rayon, Muğanlı kənd sakini, 1968-ci il təvəllüdlü Əzizov Asif Ağacan oğlu bildirir ki, o, 2002-ci ildə Müğanlı kəndində Qurbanova Sədaqət Rəşad qızına məxsus 3 otaqlı təmirsiz vəziyyətdə olan evi 3000 ABŞ dollarına alıb. O, Sədaqət xanımın həmin zamanlar həkim kimi fəaliyyət göstərdiyini, bu evi bağ evi məqsədi ilə aldığını qeyd etdi. Lakin normal şərati olmayan, eyni zamanda sürüşmə zonasında olan ev həmin vaxt dörd nəfərlik ailəsi ilə mənzilə ehtiyacı olan Asif Əzizova satılıb. Asifin əməkdaşımıza bildirdiynə görə müxtəlif vaxtlarda 900$+400$+300+400+200+550$+240$+ 50 min manat (artıq tədavüldə olmayan manatla) müxtəlif zamanlarda, toplam olaraq, Sədaqət xanıma 3000 ABŞ dolları məbləğində pul verib. Asifin söylədiyinə görə o hətta 200+550$+240$+50 min manat (artıq tədavüldə olmayan manatla) vəsaiti məhz Sədaqət xanımın oğluna təqdim edib. Şikayətçinin dediyinə görə Sədaqət xanım hal-hazırda təqaüddədir. Yuxarıda qeyd edildiyi kimi Sədaqət xanım bir zamanlar bağ evi kimi aldığı evi məhz sürüşmə zonasına aid olduğu üçün 2002-ci ildə Asifə satıb.
SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
2011-ci ildə sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən ev yerli icra hakimiyyəti və FHN tərəfindən Asifin adına sənədləşdirilib. Yəni Şamaxı rayon İH və FHN zərərçəkmiş kimi Asifi tanıyıb. 2013-cü ildə hal-hazlrda Asifin yaşadığı ev FHN tərəfindən yenidən tikilərək aktla Asifə təhvil verilib. FHN-nin inşa etdiyi 2 otaqlı evi Asif yenidən təmir etdirib, ərazini abadlaşdırıb. Və onu da qeyd etmək yerinə düşər ki, nəinki ötən 11 il ərzində, hətta evin sökülməsi, tikintisi zamanı, yəni 2002-ci ildən sonra Sədaqət xanım bu ərazidə bir dəfə də olsun görünməyib. Beləliklə 11 il Asif öz ailəsi ilə 3000 ABŞ dollarına aldığı evdə yaşayıb. Asifin ən böyük yanlışlığı isə pulunu ödəyib aldığı evi aidiyyatı dövlət qurumunda adına səndləşdirməyib. Əvvəla bu onun hüquqi savadsızlığından və ən başlıcası isə etibarından irəli gəlib. Axı o nə biləydi ki, 2013-cü ildə, yəni 11 il sonra Sədaqət xanım onu gözlənilmədən məhkəməyə verəcək?. Səbəb isə guya Asifin onun evini zəbt etməsi göstərilib. Halbuki Sədaqət xanımın həmin evi Asifə satması ilə bağlı redaksiyada səs yazısı da mövcuddur. Təəssüf doğuracaq məqam isə İqtisad Məhkəməsinin Asifin əleyhinə qərar çıxarması olub. Halbuki ev bəlli bir məbləğə düz on bir il öncə Asifə satılıb. Və bu məqsədlə Sədaqət xanımın imzası ilə, əlyazma şəkilində Rəsulov Babək Əlibala oğluna etibarnamə belə verilib.
SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
Diqqətli oxucuların nəzərinə çatdıraq ki, Asif 2008-ci ildə övladına toy edən zaman həmin evi təmir etdirib, otaqların sayını artırıb, giriş qapısını dəyişdirib. Sədaqət xanım məhkəmədə iddia edib ki, o Asifə evi məhz nəzarət etmək məqsədilə verib. O zaman ortaya maraqlı nüans çıxır. Görəsən nəzarətçi nəzarət etdiyi evi nə üçün təmir etdirsin ki? Nə üçün hətta özbaşına evin giriş qapısını dəyişdirsin? Axı nəzarətçinin funksiyası mövcud olanı qorumaqdır. Redaksiyaya təqdim edilən şəkillərdən də aydın görünür ki, Asifə təmirsiz vəziyyətdə satılan ev təmirdən sonra normal hala gətirilib. Görəsən iddiaçı o zaman nə üçün məhkəməyə “mənim evimi alıb özümə qaytarın” – deyə iddia qaldırmayıb? Onu da qeyd edək ki, məhz 2002-ci ildən kommunal xidmətlər belə Asifin adına sənədləşdirilib. Bu azmış kimi mənzilə çəkilən telefon xətti ilə bağlı da aidiyyatı dövlət qurumu məhz Asiflə müqavilə bağlayıb.
SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
Oxucuların nəzərinə onu da çatdıraq ki, yeni tikilmiş evin bu günə qədər hüquqi sənədləri yoxdur. Belə olan halda zərəçəkmiş kimi qeydiyyatda Asif və ailəsi oluğu halda məhkəmə nəyi əsas gətirərək 4 üzvu olan ailənin evdən çıxarılması qərarını verir? Artıq illərdir ki, Şamaxı rayon məhkəməsinin hakimi Etibar Hümbətovun 10 oktyabr 2018-ci ildə çıxardığı qərarın əsirinə çevrilib bir ailə.
SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
Haqsızlığa uğramış həmkəndlilərinin müdafiəsi məqsədilə 148 nəfərin imzası ilə ölkə Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb. Bundan başqa Muğanlı bələdiyyə sədrinin və yerli icra hakimiyyətinin Muğanlı kənd nümayəndəsinin imzası ilə həmin evin Asifə məxsus olması ilə bağlı rəsmi arayışlar mövcuddur. Bir daha təəssüflə qeyd edək ki, müxtəlif məhkəmə instansiyalarında hakimlər bunların heç birini nəzərə almayıblar.
Əməkdaşımızla söhbət zamanı Asif bildirdi ki, Sədaqət xanım məhkəmə iclaslarında Asifin uduzmasını gördükdən sonra, ailə dostunun oğlu Kamal Rəsulova 2000 AZN verib ki, apar qaytar Asifə. Sual olunur əgər ev satılmayıbsa nədən bu xanım Asifə pul qaytarır? Axı o məhkəmədə iddia edib ki, Asif evimi özbaşına ələ keçirib. Həm də 200 AZN. Bu məbləğ aşağı-yuxarı həmin vaxt dolların manata münasibətdə kursuna bərabərdir. Yəni verilən 3000 ABŞ dollarının. Ən qəribəsi isə Sədaqət xanım telefon danışığında həmin məbləği Kamal Rəsulova verdiyin təsdiq etsə də, ikinci bu pulu Asifə çatdırmayıb.
Sabah yəni noyabrın 14-də Qurbanova Sədaqət Rəşad qızının iddiası əsasında məhkəmənin çıxardığı qərara əsasən Asif və ailəsi 17 ildir yaşadıqları, zəhmət çəkdikləri, təmiri üçün vəsait xərclədikləri evlərindən məhkəmə icraçıları tərəfindən çıxarılacaqlar. Yəni bir ailənin də soyuq payız günündə küçədə mücadilə həyatı başlayacaq. Bunu nə Allah, nə də ki, məlumatlancağı halda cənab Prezident bağışlayacaq.
P.S. Oxucuların nəzərinə onu da çatdıraq ki, Sədaqət xanım vokalist Aygün Mübarizin (Zeynalova) anasıdır. Bu barədə növbəti satımızda.

Mövzuya qayıdacağıq.

Radaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Conflict.az

  • Sosial şəbəkədə paylaş