Sizin reklam burada
Sizin reklam burada

Kobani: “Türkiyə sərhədlərindən çəkilmişik, amma…” – Şok kürd-rus anlaşması

Kobani: “Türkiyə sərhədlərindən çəkilmişik, amma…” – Şok kürd-rus anlaşması“Suriya hökuməti ilə anlaşmaq üçün iki şərtimiz var. Birincisi, kürdlərin yaşadığı bölgələrə muxtar status verilməlidir, ikincisi də Suriya müdafiə sistemi daxilində Suriya Demokratik Qüvvələrinə xüsusi status verilməlidir”.

Bunu Suriya Demokratik Qüvvələri terror təşkilatının lideri Məzlum Kobani deyib.

Kobani Bəşər Əsəd ordusuna qatılmağa hazır olduqlarını, lakin bunun üçün rəsmi Dəməşqin irəli sürülən şərtləri yerinə yetirməli olduğunu bildirib.

SDQ terror təşkilatının lideri bölgədə “Kürdüstan dövləti”nin qurulmasına cəhdlərin edilməsi barədə suala da cavab verib:

“Əsas məsələ kürd xalqının varlığı və yaşadığı torpaqlardır. Kürd bölgələri var və Suriya hökuməti bunu qəbul etməlidir. “Kürdlər var, amma torpaqları yoxdur” deyə bilməzlər. Əhalisinin doxsan faizinin kürdlərdən ibarət bölgələr var və bu bölgələrin adı da Kürdüstandır”.

Məzlum Kobani Rusiya və Türkiyə prezidentləri arasında əldə edilmiş anlaşmadan da danışıb:

“Türkiyə və Rusiya arasındakı anlaşma daha çox hərbi xarakterlidir. Rəsmi olaraq söhbət SDQ-nin Türkiyə ilə sərhədlərdən çəkilməsindən gedir, Hazırda SDQ-nin bu bölgələrdən tamamilə çıxdığını deyə bilərəm. Rəsmi olaraq Suriya Demokratik Qüvvələri 32 kilometrlik xəttin kənarındadır. Bunu da deyə bilərəm ki, xalqımızın müdafiəsiz qalmaması üçün ruslarla anlaşmışıq. Muxtar rəhbərlik məsələsi müzakirələrə daxil deyil”.

  • Sosial şəbəkədə paylaş