ABŞ xüsusi nümayəndəsini Türkiyəyə göndərir

Gündəm

150

ABŞ xüsusi nümayəndəsini Türkiyəyə göndərirABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Türkiyəyə gedəcək.

O, 8-9 noyabrda Ankarada rəsmi səfərdə olacaq.

ABŞ Dövlət Departamenti tərəfindən verilən açıqlamada Ceffrinin İstanbula da gedəcəyi bildirilib.

Həmçinin, nümayəndənin türk rəsmilərlə yanaşı, Suriyadakı müxalif qüvvələrin təmsilçiləri ilə də görüşəcəyi qeyd olunub. Səfərin gündəliyi Suriya və İŞİD-lə mübarizədir.