Onların qələbəsi böyük depressiya gətirəcək - Tramp

Gündəm / Dünya

138

Onların qələbəsi böyük depressiya gətirəcək - TrampDemokratların qələbəsi ABŞ-a böyük iqtisadi depressiya gətirəcək.

Bunu Luizianada mitinqdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

“Demokratlar totalitar olurlar. Onlar narazıları təhdid edir, hüquqi standartları məhv edir, Amerika demokratiyasını devirməyə çalışırlar ki, özlərinin sosialist gündəmini sırısınlar. Sizə dəqiqliklə deyirəm ki, əgər demokratlar geri dönsə, o zaman heç vaxt görmədiyimiz depressiya olacaq”, – deyə o bildirib.