Sabunçu və Binəqədidə ev yandı

Gündəm / Hadisə

167

Sabunçu və Binəqədidə ev yandıBakının Sabunçu və Binəqədi rayonlarında yanğınlar olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Binəqədi rayonunda isə ümumi sahəsi 97 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.