Kürdlər Türkiyə sərhədindən çəkildi

Gündəm / Dünya

49

Kürdlər Türkiyə sərhədindən çəkildi Suriya-Türkiyə sərhədlərindən son 150 saat ərzində 34 min YPG silahlısı geri çəkilib.

Xarici media xəbər bu barədə Rusiyanın Suriyadakı Hmeymin hərbi bazsının komandiri, general Yuri Borenkov bildirib.

General bəyan edib ki, 22 oktyabrdan bu yana 150 saat ərzində Türkiyə sərhədindən 30 kilometr Suriya dərinliyinə doğru 68 kürd hərbi birliyi çəkilib. Onun sözlərinə görə, Türkiyə sərhədlərindən Suriyanın içərilərinə doğru çəkilən kürd silahlı qruplarının ümumi sayı 34 min nəfərdir: “30 kilometrlik bölgədən uzalaşdırılan ağır silahlarn sayı 3 mindən az olmayıb”.

General bəyan edib ki, bu addımlarla Rusiya tərəfi Soçi razılaşmasında üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirib: “YPG qüvvlərinin geri çəkilməsi ilə yanaşı Türkiyə sərhəd bölgəsinə Suriya hökuməti 84 nəzarət nöqtəsi qurub. Atılan bütün bu addımlar haqqında türk tərəfində hər saat məlumat verilib”.