Bağdadini satan yaxını mükafat alacaq

Gündəm / Dünya

66

Bağdadini satan yaxını mükafat alacaqİŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsi əməliyyatı onun yaxın çevrəsindəki informator sayəsində uğurla baş tutub.

Bu barədə “Vaşinqton Post” informasiya yayıb.

Məlumata görə, əməliyyat zamanı xüsusi xidmət orqanlarına kömək edən terrorçu Bağdadinin Suriyada hərəkət istiqamətini koordinasiya edən şəxs olub. O, həmçinin Bağdadinin İdlibdəki sığınacağının tikilməsinə yardım edib.

Sözügedən şəxs ABŞ hərbçilərinə İŞİD liderinin yerini və sığınacağının planını təqdim edib. Bağdadinin öldürülməsindən iki gün sonra isə həmin şəxs ailəsi ilə birlikdə ölkədən çıxarılıb. Göstərdiyi köməyə görə ona 25 milyon dollar mükafat verilməlidir.

Qeyd edilir ki, Bağdadinin satan şəxsin yeganə məqsədi maddi gəlir əldə etmək olmayıb. O, həmçinin yaxın qohumunun öldürülməsinə görə Bağdadidən qisas alıb.