Trampa ağır zərbə: Vaxtından əvvəl yola salınır? – Yeni gəlişmə

Gündəm

213

Trampa ağır zərbə: Vaxtından əvvəl yola salınır? – Yeni gəlişməABŞ Konqresindəki demokratlar bu həftə Nümayəndələr Palatasında ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə əlaqədar qətnaməni səsverməyə çıxaracaq.

Bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib.

“Bu həftə biz komitələr tərəfindən aparılan istintaqın mövcudluğunu təsdiqləyən qətnaməni səsverməyə qoyacağıq. Bu addımı Tramp administrasiyasının Nümayəndələr Palatasının fəaliyyətinə maneələr yaratmasının qarşısını almaq üçün atırıq”, - Pelosi vurğulayıb.