Suriyada ABŞ-Rusiya qarşıdurması

Gündəm

34

Suriyada ABŞ-Rusiya qarşıdurması“Ümid edirəm ki, Suriyanın şimalındakı kürd hərbi birləşmələri Türkiyə sərhədindəki bölgələri vaxtında tərk edəcək”.

Bunu Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

Lavrentyev Soçidə Türkiyə və Rusiya prezidentləri arasında baş tutmuş görüşdə əldə edilmiş anlaşmaya toxunub:

“Ümidimiz budur ki, anlaşma vaxtında yerinə yetiriləcək. Amma buna qarantiyanın verildiyini deyə bilmərəm. Liderlər arasında anlaşma əldə edilib, indi nə baş verəcəyini gözləməliyik”.

Rus diplomat eyni zamanda, Suriyanın şimal şərqindəki neft yataqlarına Bəşər Əsəd hökumətinin nəzarət etməli olduğunu deyib: “Bunun yeganə çıxış yolu olduğunu düşünürəm”.

Suriyanın şimal-şərq bölgələrindəki kürd terror təşkilatlarına Türkiyə sərhədlərindən uzaqlaşması üçün verilən 150 saat müddət bu gün başa çatır.

Onu da əlavə edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı neft yataqlarına Amerika hərbi qüvvələrinin nəzarət edəcəyini açıqlamışdı.