Türkiyənin axtardığı terrorçunu Tramp Ağ Evə dəvət etdi - Foto

Gündəm / Dünya

52

Türkiyənin axtardığı terrorçunu Tramp Ağ Evə dəvət etdi - FotoTürkiyənin axtardığı terrorçunu Tramp Ağ Evə dəvət etdi - FotoABŞ Prezidenti Donald Tramp YPG terror təşkilatının sözdə lideri “Məzlum Kobani” ləqəbli Fərhad Abdi Şahini Ağ Evə dəvət edib.

Tramp bu dəvəti Tvitter hesabı vasitəsilə çatdirib.

O, Tvitter paylaşımında ”General Məzlum, xoş sözləriniz və cəsarətiniz üçün sizə təşəkkür edirəm. Kürd xalqına sayğılarımı çatdırın. Sizi yaxın zamanlarda görmək üçün səbirsizlənirəm” ifadələrini işlədib.

Trampın istifadə etdiyi ifadələr YPG liderini Ağ Evə dəvət etməsi kimi təqdim edilib.

Xatırladaq ki, PKK lideri Abdullah Öcalanın “mənəvi övladım” adlandırdığı Fərhad Abdi Şahin Türkiyə tərəfindən qırmızı bülletenlə axtarışa verilib.