Kadırov meydan oxudu

Gündəm

159

 Kadırov meydan oxuduÇeçenistan Suriyadan Şimali Qafqaza qaçmaq ehtimalı olan İŞİD terrorçularına qarşı mübarizəyə hazırdır.

Bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Regionumuzda təhlükəsizliyi təmin etməyə Çeçenistan xüsusi təyinatlıları hazırdır. Biz 1999-cu ildəki kimi deyilik, bizim cəmiyyətdə baxışlar tam fərqlidir. Biz onları məmnuniyyətlə qəbul edəcəyik. Lakin teatra, yoxsa məzarlığa bilet verəcəyimiz hələ bəlli deyil”, - Kadırov bildirib.

Kadırov terror qruplaşmalarının mövcudluğuna dəstək verən Qərb ölkələrini də tənqid edib. Onun fikrincə, burada söhbət yalnız islam dövləti yaratmaq istəyən sadə islamçılardan getmir, çünki burada eyni zamanda Qərb xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terrorçular var.

“Bəli, onlar Suriyadan harasa qaçıblar. Ancaq onsuz da sahibləri onları toplayacaq və bizə qarşı istifadə edəcək. ABŞ, Qərb, Avropa onların qarşısında bizim suveren dövlətimizi məhv etmək tapşırığı qoyub”, - Kadırov qeyd edib.