3 bələdiyyə sədri saxlanıldı

Gündəm / Dünya

110

3 bələdiyyə sədri saxlanıldıTürkiyədə terror istintaqı çərçivəsində vəzifəsindən azad edilən Diyarbəkir bələdiyyəsinin sədri Adnan Səlcuq Mızraqlı və Diyarbəkir Qayapınar mahal bələdiyyə sədri Kəzban Yılmaz və Bismil mahalının bələdiyyə sədri Orxan Ayaz saxlanılıb.

Diyarbəkir Baş Prokurorluğu HDP-çi bələdiyyə sədrlərinin saxlanılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, Adnan Səlcuq Mızraqlı, Kəzban Yılmaz və Orxan Ayaz terror təşkilatına üzv olmaq və terror təbliğatı aparmaq ittihamı ilə vəzifədən azad ediliblər.

Bundan əvvəl də avqust ayında HDP üzvü olan Diyarbəkir, Mardin və Van şəhərlərinin bələdiyyə sədrləri vəzifələrindən azad edilmişdi.