İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovu kimlər qoruyur, nə üçün?

Gündəm / Cəmiyyət / Bölgə

231

İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovu kimlər qoruyur, nə üçün?
II Yazı
Ötən günki sayımızda İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovla bağlı mətbuatın dərc etdiyi məlumatları oxucuların diqqətinə bir daha çatdırdıq. Xatırladaq ki, mətbuat İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovu kreativ düşüncəli məmur kimi tanımır. O medianın gündəminə 50 illik yubileyini rayondakı restoranlardan birində xüsusi atəşfəşanlıqla keçirtməsi ilə gəlmişdi. Bu o vaxt idi ki, ölkə Prezidenti cənab İlham Əliyev 50 illik yubileyini Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkünlərlə birlikdə keçirtmişdi. Daha sonra rəsmi tədbirlərin birində bu addımın məmurlar tərəfindən də təkrarlanmasını tələb etmişdi. Lakin qısa müddət sonra Rəhim Rəhimov açıq-aşkar Prezident iradəsinə qarşı çıxmışdı. Oxucuların diqqətinə onu da çatdıraq ki, həmin vaxt da bu günki kimi İmişliyə Vilyam Hacıyev rəhbərlik edirdi.
İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovu kimlər qoruyur, nə üçün?
Ancaq Prezidentin bölgədəki rəsmi təmsilçisi İmişli Maliyyə idarəsinin rəisinə bunu irad tutmadı. Əgər rəsmi irad bildirilsə idi ötən gün dərc edilən sayımızda qeyd edildiyi kimi Rəhim Rəhimov bu hadisədən qısa müddət sonra ictimai yerdə - şadlıq sarayında xuliqanlıq etməzdi. Və bu məsələ təkzib ediləcək bir fakt deyil. Çünki məhz bu hadisədən sonra o uzun müddət tutduğu vəzifədən uzaqlaşdırılmışdı. “Özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər” - deyə məmur özbaşınalığını şiddətlə qınayan Prezidentin iradlarını Rəhim Rəhimov bəs nə üçün qəbul etmir? Əslində bunun olduqca sadə səbəbi ola bilər. Ya bu şəxs kifayət qədər kapitala sahibdir və həmin kapital idarə rəisini cəsarətli edir, ya da güvəndiyi biriləri var.
İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovu kimlər qoruyur, nə üçün?
Mətbuatın qeyd etdiyinə əsaslansaq Rəhim Rəhimov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, əslən İmişlidən olan Arif Qaraşovun kadrı hesab edilir. Xatırladaq ki, Arif Qaraşovun adının qarşısından sabiq sözü yazılsa da, o hələ də daha yuxarı instansiyalarda mövqeyini qoruyub saxlaya bilib. Məhz bu mövqe qorunması da Rəhim Rəhimovu cəsarətli edir.
Ölkə Prezidentinin “böyük məclislər və təmtəraqlı toylar” xəbərdarlığını da Rəhim Rəhimov eşitməməzlikdən gəldi. Övladının toyunu kifayət qədər bahalı menyuya malik olan, paytaxtın ən prestişli restoranlarından hesab edilən “Aqora”- da keçirtdi. Əslində toy bütün xalqlara məxsus təqdir ediləsi adət-ənənədir. Lakin sivil dünyada bu adət kiçik qrupla, israfa yol verilmədən keçirilir. Yalnız şərq ölkələrindəki zənginlər ultra təmtərağa yer verirlər. Rəhim Rəhimovun istər yubileyinin təşkili, istər oğlunun toy məclisi heç də ərəb şeyxlərinin bu yönümlü tədbirlərindən fərqlənməyib. O halda sual olunur - Bu qədər vəsait sıradan bir əyalət məmurunda haradandır? Görəsən Maliyyə naziri cənab Samir Şərifov və İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev bu barədə İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimova hər hansı bir sual veriblərmi?
İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovu kimlər qoruyur, nə üçün?
Ötən gün Conflict.az-ın dərc etdiyi məlumatda yer alan anonsun birində İmişli Maliyyə idarəsinin avtomobillərinin yanacaq təminatı üçün müvafiq dövlət qurumları tərəfindən verilən pulsuz yanacaq kartının Rəhim Rəhimovun hansı qohumunda olması ilə bağlı sual ünvanlanmışdı. Mənbənin verdiyi məlumata görə həmin yanacaq kartları əsasən İmişli Maliyyə idarəsində sürücü kimi fəaliyyət göstərən şəxslərdə olmalıdır. Lakin mənbənin bildirdiyinə görə sürücülər öz aralarında uzun müddətdir ki, kartın onlardan alınmasına etiraz edirlər. Belə ki, həmin kartlar Rəhim Rəhimovun paytaxtda yaşayan oğlundadır. Görəsən dövlətin öz əməkdaşına pulsuz yanacaq təminatı üçün verdiyi kart İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovun oğlunda nə üçün olmalıdır?
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az