ABŞ Əl Qaidəyə dəstək verir – Konqresmendən şok

Gündəm

46

ABŞ Əl Qaidəyə dəstək verir – Konqresmendən şokABŞ hökuməti Əl Qaidə terror təşkilatından Suriya Prezidenti Bəşər Əsədə qarşı mübarizədə istifadə edir.

Bunu ABŞ-ın Demokratlar Partiyasından prezidentliyinə namizəd konqresmen Tulsi Qabbard deyib.

“Mən Suriyada Əl Qaidə kimi terror təşkilatlarına dəstəyi dayandıracağımıza zəmanət verirəm. Biz həmçinin Səudiyyənin Yəmənə qarşı sanksiyalarının ləğvinə və Suriyada aclıq yaradan sanksiyaların ləğvinə çalışacağıq”, – deyə o bildirib.