Putin Ərdoğanın sualına cavab vermədi

Gündəm / Dünya

48

Putin Ərdoğanın  sualına cavab vermədiMenbiç və Kobani mövzusunda rus və amerikalılarla müzakirələrimiz davam edir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Menbiçə rejimin girməsi mənim üçün həddən artıq pis nəticə deyil. Niyə? Çünki bunların öz torpaqlarıdır. Mənim üçün önəmli olan orda terror təşkilatlarının qalmamasıdır.

Hörmətli Putinə dedim: Əgər Menbiçi terror təşkilatlarından təmizləyirsinizsə, buyurun! Əgər bunu etməyəcəksinizsə, ordakı əşirətlər “gəlin bizi qurtarın” deyir, çünki Menbiçin 85-90 faizi ərəblərdir, kürdlər deyil. Təəssüf ki, bunun cavabını nə Putindən aldıq, nə də Suriya rejimindən bizə belə bir xəbər çatdı”, -