Röyadan Mirşahinə təşəkkür - Fədayə Laçına görə

Foto

46

Röyadan Mirşahinə təşəkkür - Fədayə Laçına görəXəbər verdiyimiz kimi, REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçının azad olunması üçün müraciət edib.

Axşam.az xəbər verir ki, Əməkdar artist Röya Ayxan İnstaqram hesabında tanınmış telejurnalistin bu müraciətini alqışlayıb.

“Əhsən Mirşahin. Təşəkkürlər. Hamımız bir səs olaq, sədaqət payından ona da bəxş edək” - Röya Mirşahinin çıxışını paylaşaraq yazıb.

Sənətçi həmçinin “fedayeniazadedek” adlı dəstək həştəqi də açıb.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib.

Onu da bildirək ki, Mirşahin Ağayev və Röya Ayxanın münasibətləri hər zaman soyuq olub. Keçmiş ANS TV-nin dövründə efir qadağası belə qoyulub.