Boşandılar, məhkəmədən gülə-gülə çıxdılar

Foto

151

Boşandılar, məhkəmədən gülə-gülə çıxdılarÖtən il Nyu-Yorkda nkah masasına oturan Burcu Esmersoy və Berk Suyabatmaz rəsmi boşanıb.

Axşam.az xəbər verir ki, cütlük 10 dəqiqə davam edən məhkəmə prosesindən gülə-gülə çıxıb.

Burcu avqustun 15-də boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Ərizədə cütlüyün fikirlərinin üst-üstə düşmədiyi, yola getmədikləri yazılıb. Hakim onlara dekabra qədər vaxt qoysa da, cütlük bunla razılaşmayıb.

Esmersoy və Suyabatmazın təkidi ilə boşanma prosesi tezləşdirilib. Onlar məhkəməyə vəkilləri ilə birlikdə gəliblər. Esmersoy hakimin “Boşanmaq istəyirsiz” sualına “Boşanmaq məsələsində razılığa gəldik. Mülk paylaşımı, maddi-mənəvi təzminat tələbimiz yoxdur” deyib.

Suyabatmaz da “Boşandıqdan sonra da bir-birimizə qarşı dava açmayacağıq, maddi, ya da mənəvi tələbimiz yoxdur” deyə, söyləyib.