“Feysbuk” bəyənmə sayğacını gizlədə bilər – Şok səbəb

Foto

96

“Feysbuk” bəyənmə sayğacını gizlədə bilər – Şok səbəb“Feysbuk” sosial şəbəkəsi bəyənmə sayğacının xəbər lentində gizlədilməsi imkanlarını nəzərdən keçirir.

Bu barədə “TechCrunch” internet portalı xəbər yayıb.

Bununla yanaşı artıq analoji funksiyanın Kanada və Braziliya da daxil olmaqla dünyanın yeddi ölkəsində “İnstaqram”da sınaqdan keçirilməyə başlandığı qeyd olunur. Bəyənmələrin ümumi sayı əvəzinə istifadəçilərə yalnız yazını bəyənən bir neçə qarşılıqlı dostun adları göstərilir.

“İdeyanın əsasında bəyənmə sayı çox olan istifadəçilərin özlərini başqaları ilə destruktiv şəkildə müqayisə etmələrinin və postlarını bəyənənlərin sayı başqalarındakı kimi çox olmayanların özlərini diskomfortda hiss etmələrinin qarşısını almaq dayanır. Bu, həmçinin, istifadəçilərin kifayət qədər layk və şərh əldə etməyən postlarını silmələrinin qarşısını ala bilər”, – deyə portal yazır.

Qeyd edək ki, “İnstaqram” 2012-ci ilin aprelində satın alındıqdan sonra “Feysbuk” kompaniyasına məxsusdur.