Sizin reklam burada
Sizin reklam burada

Fatimə kreditə girib, qızına 100 minlik cehiz verib

Fatimə kreditə girib, qızına 100 minlik cehiz verib"Aydan qapalı qız idi. Şou-biznesdən uzaq olub. Deyirdi, toyumda şou-biznes olmasın. Bir Elton Hüseynəliyev, bir də Mətanət İsgəndərli oldu. Qız köçəri quşdur".
Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib. "5/5" verilişinin qonağı olan sənətçi qızı Aydandan danışıb. O, övladının toyuna sənət dostlarını çağırmamasının səbəbini açıqlayıb.

Fatimə qızına verdiyi cehizdən də söz açıb. Rəqqasə aparıcının "70 min getdi" sualına belə cavab verib:

"70 mindən çox etdi. Hər şey verdim, hələ də verirəm. Böyük şeylər - Roberto Cavalli kimi brendlər istəyir".

"100 min xərclədin" sualına isə Fatimə "Oldu... Kreditə də girdim. Hər şeyi övladım üçün edirəm" sözlərini bildirib.

Qeyd edək ki, Aydan Əkbər adlı şəxslə ailə qurub.

  • Sosial şəbəkədə paylaş