Ədalətin ayaqqabısı lağ hədəfi oldu

Foto

219

Ədalətin ayaqqabısı lağ hədəfi olduƏməkdar artist Ədalət Şükürovun paylaşımı marağa səbəb olub.

Axşam.az xəbər verir ki, buna isə sənətçinin qırmızı idman ayaqqabıları zəmin yaradıb.

Belə ki, bordo şalvarını eynirəngli saatla tamamlayan Şükürovun ayaqqabı seçimi qırmızı rəngdən yana olub. Lakin sosial şəbəkə istifadəçiləri müğənninin kombinini birmənalı qarşılamayıb.

Müəyyən izləyicilər ifaçını zövqlü adlandırsa da, bir neçə izləyici onun ayaqqabısına sataşıb.

Ə.Şükürova “Ayaqqabına ki...”, “Ayağındakına güldüm”, “Ayaqqabıdan mən də axtarıram” kimi rəylər yazılıb.