Evinə girən fanatını həbs etdirdi

Foto

297

Evinə girən fanatını həbs etdirdiHollivud ulduzu Nataliya Portman pərəstişkarını həbs etdirib. Xarici KİV xəbər verir ki, məşhur aktrisa 23 yaşlı fanatının Los-Ancelesdəki evinə girdiyini görərək polislə əlaqə saxlayıb.

Gərgin gün yaşayan dünya ulduzu Eduard Pirs adlı şəxsdən şikayətçi olub, polis aktrisanın pərəstişkarını həbs edib.

Qeyd edək ki, E. Pirs ötən ilin yanvar ayında da Nataliyanın evinə girməyə cəhd etmiş, məhkəmə onun barədə uzaqlaşdırma qərarı vermişdi.