SON DƏQİQƏ: Azərbaycandan Moskvaya gedən avtobus yük maşını ilə toqquşdu - Ölənlər var / VİDEO

Foto / Video

311

SON DƏQİQƏ: Azərbaycandan Moskvaya gedən avtobus yük maşını ilə toqquşdu - Ölənlər var / VİDEOAzərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus Rusiyanın Stavrapol vilayətində qəzaya düşüb.

BakuPost xəbər verir ki, mikroavtobus saat 05.30 radələrində "Qafqaz” federal şossesində, Nevinnomısk şəhəri yaxınlığında "ZİL" markalı yük avtomobili ilə toqquşub.

Son məlumatlara əsasən mikroavtobusun sərnişinlərindən 6 nəfəri ölüb, qalanları müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Avtoqəzanın iştirakçılarının dəqiq sayı və onların yaşayış yeri məlum deyil.

Ehtimala görə sərnişinlərin hamısı Azərbaycan vətəndaşlarıdır. İlkin məlumata əsasən qəza yük avtomobilinin mikroavtobusun yoluna çıxması nəticəsində baş verib. Hazırda ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.